Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ Çin smartfonlarını qadağan edə bilər

Ağ Ev ABŞ-a Çindən telekommunikasiya məhsullarının idxalını məhdudlaşdırmağı nəzərdən keçirir.

 

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, bu, milli təhlükəsizlik məsələləri ilə əlaqədardır.

 

İlk növbədə Çinin iri smartfon istehsalçıları – “Huawei Technologies Co.” və “ZTE Corp.” qadağalara məruz qala bilər. Pentaqon Çin dövlətinin bu şirkətlərin istehsalı olan smartfonlardan casusluq məqsədilə yararlanmasından şübhələnir. Şirkətlər isə bu ittihamı rədd edir.

 

WSJ yazır ki, amerikalı dövlət məmurlarının Çin məhsullarından istifadə etməsinin qadağan olunması gözlənilir. Yekun qərar hələ qəbul olunmayıb, çünki belə bir qərarın hansı nəticələri səbəb olacağı hələlik hesablanmayıb.

 

Qeyd edək ki, bu ilin əvvəlində ABŞ Ticarət Nazirliyi ZTE əleyhinə tədbirlərə başlayıb. ABŞ biznes qurumlarına bu şirkət üçün materiallar satmaq qadağan olunub. Səbəb ZTE-nin Şimali Koreya və İrana qarşı sanksiya rejimini pozmasıdır. ABŞ Ədliyyə Nazirliyi isə “Huawei” şirkəti ilə bağlı iradlarını ifadə edib. Çin isə cavab olaraq “Qualcomm”un Hollandiya çip istehsalçısı “NXP Semiconductors”u satın almasını bloklayıb.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018