Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Cambridge Analytica” bağlandı

Milyonlarla “Facebook” istifadəçisinin şəxsi məlumatlarının ələ keçirilməsi qalmaqalı ilə bağlı adı məşhurlaşan Britaniyanın “Cambridge Analytica” konsaltinq firması fəaliyyətini dayandırmağı qərara alıb.

 

İKT.lent.az-ın xəbərinə görə, buna səbəb müştərilərin itirilməsi və şirkətə qarşı çoxsaylı məhkəmə iddialarının qaldırılmasıdır.

 

Mart ayında şirkətin icraçı direktoru Aleksandr Niksin işdən kənarlaşdırılması və istifadəçi məlumatlarının qanunsuz əldə edilməsi ilə bağlı müstəqil təhqiqat aparılacağını vəd etməsi də “Cambridge Analytica”ya kömək etməyib. Bu şirkətə daxil olan “SCL Group” və “SCL Elections” da fəaliyyətini dayandırıb.  

 

Bununla yanaşı, “The Wall Street Journal” qeyd edib ki, “Cambridge Analytica”nın başqa adla yenidən açılması da mümkündür, çünki şirkətin bir sıra rəhbər şəxsləri başqa firmalarla da əlaqəlidir.

 

Xatırladaq ki, “Facebook”un 87 milyon istifadəçisinin şəxsi məlumatlarının “Cambridge Analytica”nın əlinə keçdiyi və bu məlumatlardan ABŞ-dakı seçki kampaniyası zamanı Donald Trampın xeyrinə istifadə olunduğu ortaya çıxmış və bununla əlaqədar böyük qalmaqal yaranmışdı. “Facebook” rəhbəri Mark Zukerberq ABŞ Konqresində bu məsələyə dair 5 saat ifadə verib. 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018