Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Uşaqlar üçün 3D-printer istehsal olunacaq

Rusiyanın Sankt-Peterburq şəhərinin sakini Stanislav Pimenov uşaqlar üçün 3D-printerin istehsalı ilə bağlı startapı işə salıb. 

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumata görə, Pimenov Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetinin Mexanika fakültəsini bitirib və “FutureTechnologies” akselatorunun rezidenti olub. 

 

Hazırda o, uşaq robototexnika dərnəkləri ilə əməkdaşlıq edir və müstəqil olaraq printerlərin yığılmasını həyata keçirir. 

İxtira müəllifinin sözlərinə görə, uşaqlar sərbəst olaraq plastiki yerləşdirə, kompleksi kalibrləşdirə və şəxsi oyuncağının hazırlanmasını işə sala biləcək. Pimenov qeyd edib ki, printerin köməyi ilə uşaq düşüncəsini daha da inkişaf etdirə biləcək. 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018