Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Strategy Analytics”: İnsanlar köhnə smartfonlarından ayrılmaq istəmir

Bu ilin birinci rübündə smartfon satışları 345,4 milyon ədəd təşkil edib. 

İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, bunu qeyd edilən dövr üzrə hesabatında “Strategy Analytics” şirkəti açıqlayıb. Bununla da 2017-ci ilin analoji dövrü ilə müqayisədə satışlar 2,4 faiz azalıb. 

Analitiklərin fikrincə, smartfonlara tələbatın azalmasının səbəbi cihazların istifadə müddətinin artması olub. Belə ki, əksər istifadəçilər artıq sonuncu nəsil modellərin sahibi olmağa can atmır, mövcud cihazları ilə daha əvvəlkindən gec və həvəssiz vidalaşırlar. 

2018-ci ilin birinci rübündə ən populyar smartfon istehsalçısı “Samsung” olub. İkinci yerdə “Apple” qərarlaşıb. İlk üçlüyü isə “Huawei” qapayır. Dördüncü yeri “Xiaomi”, beşinci yeri isə Çin istehsalçısı “Oppo” şirkəti tutub. 

Maraqlıdır ki, satışların azalma həcmi ancaq “Samsung”da müşahidə edilir. İlk üçlükdə olan digər brendlər 2017-ci ilin analoji dövrünün fonunda göstəricilərini artırıblar. 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018