Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mask sualları darıxdırıcı saydı, səhmlər ucuzlaşdı

“Tesla” CEO-su Elon Mask şirkətin rüblük maliyyə hesabatı barədə hesabat açıqlanarkən jurnalistlərin bu barədə suallarını cavablandırmaqdan imtina edib.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, telefon konfransı zamanı Mask şirkətin maliyyə problemləri və “Model 3” elektromobilinin istehsalında yaranmış problemlərə dair sualları cavablandırmayıb. O, analitiklərin suallarını quru və darıxdırıcı adlandırıb. Media ilə bu cür ünsiyyətdən sonra “Tesla” səhmləri 7,4% ucuzlaşıb.  

 

Xatırladaq ki, 2018-ci ilin ilk rübündə “Tesla”nın zərəri 709,5 milyon dollar təşkil edib və bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə iki dəfə çoxdur. 2017-ci ildə zərər 1,4 milyard dolları aşıb.

 

“Bloomberg" proqnozlaşdırır ki, “Tesla” əlavə maliyyələşmə olmadan bu il nəğd vəsaitsiz qalacaq.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018