Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“YouTube”dan ayda 1,8 milyard nəfər qeydiyyatdan keçmiş insan istifadə edir

“YouTube”un baş icraçı direktoru Syuzen Voyjitski (Susan Wojcicki) “Radio City Music Hall” səhnəsində xidmətin populyarlığının artması və yeni kontent haqqında danışıb. 

İKT.lent.az-ın İxbt.com saytına istinadən məlumatına görə, o bildirib ki, “YouTube” xidmətindən ayda 1,8 milyard nəfər qeydiyyatdan keçmiş insan istifadə edir. Onlar da baxış zamanı öz qeydlərini yazılı olaraq aparırlar. Ötən ilin iyun ayı ilə müqayisədə istifadəçi bazası 300 milyon nəfər artıb. 

Ancaq nəzərə almaq lazımdır ki, “YouTube”dakı video çarxlara “Google”da qeydiyyatdan keçmədən də baxmaq mümkündür. Bu səbəbdən xidmətin istifadəçi bazası açıqlanan rəqəmdən olduqca çoxdur. 

Təkcə televiziyaları götürsək, gündəlik olaraq “YouTube” istifadəçiləri 150 milyon saat kontenti izləyirlər. 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018