Bu bölmə Bakcell tərəfindən təqdim olunur

HTC yeni smartfonunu mayın 23-də təqdim edəcək

HTC şirkəti özünün yeni “U12 Plus” telefonunun təqdimat tarixini açıqlayıb.

İKT.lent.az-ın vevby.ru saytına istinadən məlumatına görə, yeniliyi mayın 23-də təqdim edəcəklər. 

Cihaz ABŞ-ın “Qualcomm” şirkətinin istehsalı olan “Snapdragon 845” mikroprosessoruna malik olacaq. Onun yaddaşı 6 GB təşkil edəcək. Fərqləndirici cəhəti 3,5 millimetrlik dəyişikliyinin olmaması olacaq. 

Ehtimal olunur ki, telefonun modifikasiyasından asılı olaraq 8 GB əməliyyat yaddaşının quraşdırılması mümkün olacaq. Yenilik 18:0 nisbətində “Quard HD+” formatında 5,99 düym həcmli displeyə malik olacaq. 

Telefonun ön kamerası 8 meqapiksel, əlavə yaddaşı 256 GB, batareyası isə 3 420 mA/saat həcmində olacaq. Cihaz əlavə olaraq barmaq izləri skanerinə, həmçinin İP68 standartına uyğun mühafizə ilə təchiz ediləcək.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018