Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Adidas"ın sovet nostalgiyası: Şirkət saytından formaları yığışdırdı

Almaniyanın məşhur “Adidas” firması öz saytından sovet simvolikası ilə hazırlanmış yeni idman geyimləri kolleksiyasını yığışdırıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu yaxınlarda “Adidas” üzərində SSRİ gerbinin təsviri olan, USSR yazılmış idman geyimləri kolleksiyasını təqdim edib. Bu formalar Rusiyada keçiriləcək futbol üzrə dünya kubokuna həsr olunub. Lakin idman formaları Avropada, eləcə də Ukraynada və Baltik ölkələrində ciddi etirazla qarşılanıb. Litva XİN bəyanatla çıxış edərək “Adidas”ı imperialist nostalgiyadan əziyyət çəkməkdə günahlandırıb. Sosial şəbəkələrdə də alman brendinin bu addımı tənqidlə qarşılanıb.

 

Hazırda “Adidas”ın saytında yalnız Rusiya simvolikalı formalar qalır.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018