Bu bölmə Bakcell tərəfindən təqdim olunur

3 kameralı “iPhone” gələn il çıxacaq 

“Apple” 3 kameralı “iPhone”u 2019-cu ilin ikinci yarısında təqdim edəcək. 

İKT.lent.az-ın məlumatına görə, bu barədə “Taipei Times” nəşri “Yuanta Securities” şirkətinin analitiki Ceff Punun hesabatına istinadən məlumat verib. 

Bundan əvvəl Tayvanın “Economic Daily News” nəşri də gələn il 3 kameralı “iPhone”un istehsal olunacağı ilə bağlı məlumat verib. Məlumata görə, üçqat obyektiv beşqat optik yaxınlaşdırmaya malik olacaq. 

Qeyd edək ki, ilk üç obyektivli smartfon Çin istehsalı olan “Huawei P20 Pro” olub. Cihazın obyektivləri 40, 20 və 8 meqapiksel genişlənməyə, həmçinin dördqat optik zuma (yaxınlaşdırmaya) malik olacaq. Cihazın güclü tərəfləri isə kadrın böyüdülməsi zamanı detallaşması və gecə çəkilişidir.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018