Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Kubik rubik yığılmasında yeni dünya rekordu -

22 yaşlı avstraliyalı Feliks Zemdeqs kubik rubikin sürətli yığılması üzrə yeni rekorda imza atıb. 

İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, bu başsındıran aləti o, cəmi 4,22 saniyəyə yığıb. 

Bundan əvvəl rekord mayın 6-da “Cube For Cambodia 2018” tədbirində qeydə alınıb və 4,69 saniyəyə başa gəlib. Beləliklə, Feliks Zemdeqs yenidən özünə ən sürətli kubik rubik yığan titulunu geri qaytarıb.

Xatırladaq ki, o, 2016-cı ildə kubik rubiki 4,73 saniyəyə yığıb. Ancaq 2017-ci ilin payızında onun rekordu 15 yaşlı amerikalı Patrik Pons tərəfindən yenilənib.

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018