Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell” gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək verib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti 25 aprel - 5 may 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək göstərib.

 

İKT.lent.az-ın xəbərinə görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş şahmat və dama turniri sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində keçirilib. 40 nəfərdən artıq gözdən əlil uşağın iştirak etdiyi turnirin qalibləri Məmmədov Nahid (şahmat) və Əzizov Əzim (dama) olublar. Turnirdə yaxşı nəticələr göstərmiş gənc istedadlı şahmatçı və damaçılara “Bakcell”dən dəyərli hədiyyələr təqdim edilib.

 

“Bakcell” şirkəti artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət Proqramı vasitəsilə şirkət Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş geniş miqyaslı layihələri həyata keçirir.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018