Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dörd günə 18 milyon baxış toplayan klip -

Amerikalı müğənni Niki Minajın (Nicki Minaj) “Chun-Li” mahnısına çəkdiyi klip 4 gün ərzində 18 milyondan çox baxış toplayaraq hit olub.

 

İKT.lent.az-ın xəbərinə görə, video sənətçinin “YouTube” kanalında yerləşdirilib.

 

Niki Minaj klipdə açıq-saçıq, təhrikedici geyimlərdən istifadə edib. Klipin bəzi yerlərində o, ağzında tıxac və əli-qolu bağlanmış şəkildə görünür.

 

Kompozisiya video oyunlarının qəhrəmanı Çun Liyə həsr olunub. Ç. Li faytinq (əlbəyaxa döyüşün əks olunduğu oyunlar) tarixinin ilk qadın personajıdır.

 

Qeyd edək ki, əsl adı Onika Tanya Maraj olan Niki Minaj müğənni, reper və aktrisadır. O, 1982-ci ildə Trinidad və Tobaqoda doğulub. N. Minajın anası malayziyalı və trinidadlı, atası isə hind və Afrika mənşəlidir. Maraj hind soyadıdır, Onika isə Afrikada yayılmış addır.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018