Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yanan və yaralı dərini bərpa edə bilən cihaz yaradıldı

Toronto Universitetində çalışan araşdırmaçılar yara yerlərində dərini formalaşdırmağa kömək edən portativ cihaz yaradıblar.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə,  bu, ilk belə aparatdır ki, cəmi bir neçə dəqiqə ərzində zədələnmiş yerə lazımı materialları sürtməyə imkan verir.

Qeyd edilir ki, bu tərtibat yanıq və digər yaraların müalicəsində vəziyyəti dəyişdirə bilər. Bu hallarda adətən dərinin köçürülməsindən istifadə edilir. Bir çox müasir 3D-bioprinterlər çox nəhəngdir, ləngdir və bahalıdır ki, bu da onun istifadə dairəsini məhdudlaşdırır. 

Çəkisi 1 kiloqramdan az olan universitetdə yaradılmış portativ printer? əksinə, kliniki istifadədə üçün nəzərdə tutulub. O, tərkibində zülal materialları olan “bioloji mürəkkəb”lər çəkməyə imkan verir. Bu zülallarda kollagen adlanan maddə var ki, o da birbaşa olaraq yaralanmış sahəyə çəkilir. 
 
Tərtibatçılar yeni imkanlar əlavə etməyi və əhatə sahəsini artırmağı, həmçinin cihazın pasiyentlər üzərində sınaqlara başlamağı planlaşdırırlar.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018