Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Walmart" hind online ticarət bazarına girdi

ABŞ-ın iri pərakəndə və topdan satış şəbəkəsi “Walmart” Hindistanın “Flipkart” online riteylerini satın aldığını elan edib.

 

İKT.lent.az-ın xəbərinə görə, amerikalılar “Flipkart”ın 77% səhm paketini 16 milyard dollara alıblar.  

 

Tərəflər arasında danışıqlar bir neçə il davam edib. Bu alışla “Walmart” online ticarətin ən sürətlə inkişaf etdiyi bazarlardan birində rəqibi “Amazon”a qarşı mühüm üstünük qazanıb. “Morgan Stanley”nin proqnozlarına əsasən Hindistanın online ticarət bazarının həcmi yaxın onillikdə 200 milyard dollara çata bilər. “Artım tempi və ölçüləri nəzərə alınarsa, Hindistan riteyl sahəsində ən cəlbedici bazarlardan biridir”, - deyə “Walmart”ın baş direktoru Duq Makmillan bildirib.

 

“Flipkart” 2007-ci ildə yaradılıb. Ötən il bu platformanın satışları 50%-dən çox artaraq 4,6 milyard dollara çatıb. Bu yaxınlarda şirkət səhmlərinin 15%-ni “Google”un aid olduğu “Alphabet Holding” əldə edib. Hind şirkətinin səhmdarları arasında digər ABŞ korporasiyası “Microsoft” və Çinin telekommunikasiya nəhəngi “Tencent” də var.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018