Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Uber” NASA ilə yeni saziş imzaladı - UÇAN TAKSİ

“Uber Technologies” şirkəti ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqatları üzrə Milli İdarəsi – NASA ilə tərəfdaşlığa dair növbəti saziş imzalayıb.  

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, 2017-ci ilin noyabrında imzalanmış ilk sənəd pilotsuz uçuş aparatları ilə bağlı idisə, hazırkı saziş pilot tərəfindən idarə olunan uçan taksilərin yaradılması ilə əlaqədardır.

”Şəhər hava nəqliyyatı insanların və yüklərin şəhərlərdə daşınması sahəsində inqilaba səbəb ola və smartfonlar kimi bizim həyatımızı fundamental şəkildə dəyişə bilər”, - deyə NASA nümayəndəsi bildirib.  


”Uber” 2020-ci ilə qədər elektrik mühərrikli uçan aparatların sınaqlarına başlamağı, 2023-cü ildən isə bunların kommersiya istismarına başlamağı planlaşdırır. İlk anlaşmanın imzalanmasından sonra “Uber”in məhsullar üzrə direktoru Ceff Holden bildirmişdi ki, uçan taksinin testləri 2020-ci ildə Los Ancelesdə başlayacaq. Taksi 4 sərnişin götürəcək və saatda 322 km sürətlə hərəkət edəcək. Uçan taksi xidmətinin tam gücü ilə 2023-cü ildən fəaliyyətə başlayacağı gözlənilir. Müştərilər taksini "Uber" mobil əlavəsi vasitəsilə çağıracaq. 

Испытания будут проводится в Международном аэропорту Даллас - Форт-Уэрт. Реализация проекта намечена на 2023 год.



Подробнее на ТАСС:
http://tass.ru/ekonomika/5187099

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018