Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Apple" smartfonlarını xüsusi xidmət orqanlarından müdafiə edəcək

"Apple" şirkəti istehsal etdiyi cihazları xüsusi xidmət orqanlarından müdafiə etməyi öyrənib.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, bunun üçün USB-yə məhdud giriş tətbiq olunacaq.

 

"iPhone" kompüterə qoşulduqda, onlar bir-biri ilə informasiya mübadiləsi həyata keçirir. Bu zaman smartfonu sındırmaq asan olur. Adətən, bu üsuldan xüsusi xidmət orqanları cinayət araşdırması zamanı istifadə edirlər. USB-nin məhdud giriş rejimi smartfonun məlumatlarının ələ keçirilməsinə mane olacaq. Çünki bu halda vacib məlumatlara giriş yalnız sahibi smartfonu blokdan çıxardıqda mümkün ola bilər.

 

Qeyd edək ki, bundan əvvəl "Apple" ABŞ hökumətinə islamçı radikallardan birinin smartfonunu blokdan çıxarmaqda kömək etməkdən imtina etmişdi. Şirkət bunu bunun istifadəçi hüquqlarını pozmaqda təhlükəli presedent olacağını bəyan etmişdi.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018