Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 6”-dan rekord ucuzlaşma - CƏMİ 605 MANATA

Hazırda Rusiya mağazalarında “iPhone 6” smartfonlarının qiymətlərinin rekord həddə azalması müşahidə edilir. 

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, hazırda populyar cihazı rabitə şəbəkəsi salonlarından və ixtisaslaşdırılmış mağazalardan cəmi 22 min rubla və ya 605 manata əldə etmək mümkündür. 

Xatırladaq ki, “iPhone 6” və “6 Plus” smartfonları ilk dəfə “Apple” rəhbərliyi tərəfindən 2014-cü ilin sentyabr ayında təqdim edilib. Satışın ilk aylarında onun qiyməti 47 min rubl və ya 1290 manata çatırdı.
 
Mütəxəssislərin fikrincə, hazırkı qiymət düşməsi bazarda artan rəqabətlə bağlıdır. 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018