Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Atlas” robotu qaçmağı öyrəndi 

“Boston Dynamics” şirkəti “Atlas” insanabənzər robotunun yeni imkanlarını nümayiş etdirən növbəti video çarxını dərc edib.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, il yarım əvvəl “Atlas” bir ayağı üstə tarazlığı saxlamağı öyrənib. Payızda isə o, ictimaiyyətə arxaya salto tullanmaq bacarığını nümayiş etdirib. 

İndi də “Atlas” hamar olmayan səthlə qaçmağı və maneələrdən tullanmağı bacarır. 

Çox güman ki, robototexnikanın inkişafı ilə 10 ildən sonra buna bənzər video çarxlar insanlarda gülüş yaradacaq. Ancaq hazırda onlar olduqca təsiredici görünür. 

 

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018