Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook”dan kritovalyuta həmləsi

“Facebook” şirkəti blokçeyn texnologiyası, o cümlədən mayninq və kriptovalyuta dövriyyəsini öyrənəcək xüsusi komanda yaradıb.

 

İKT.lent.az-ın xəbərinə görə, 10 nəfərdən çox mütəxəssisin daxil olduğu komandaya şirkətin “Messenger” üzrə vitse-prezidenti Daevid Markus rəhbərlik edir.

 

Əslində “Facebook” bu sahə ilə 1 il əvvəl maraqlanmağa başlayıb. Lakin şirkətin cəmi 1 əməkdaşı bu işlə məşğul idi. Hazırda sosial şəbəkə öz kriptovalyutasını yaratmağı nəzərdən keçirir. Bu, elektron ödənişlərin həyata keçirilməsinə imkan verəcək.

 

“Bir çox digər şirkət kimi, “Facebook” da blokçeyn texnologiyalarının verdiyi üstünlüklərdən faydalanmaq üsullarını araşdırır”, - deyə sosial şəbəkənin nümayəndəsi bildirib. O qeyd edib ki, yaradılmış kiçik komanda bir çox istiqaməti öyrənəcək.  

 

Xatırladaq ki, “Facebook”un istifadəçilərinin sayı 2 milyardı ötüb. Bu , dünya əhalisinin üçdə birinə yaxındır.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018