Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Tesla” öz mütəxəssisini itirdi

“Tesla” şirkətində elektromobillərin istismar xarakteristikasına cavabdeh olan məsul şəxs işdən gedib.

 

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, “Tesla” rəhbərliyində təmsil olunan Mettyu Skvoll pilotsuz avtomobillər istehsalçısı “Waymo”ya keçib.

 

Bu keçidin “Tesla” elektromobilinin iştirakı ilə iki qəzanın baş verməsindən sonra gerçəkləşməsi diqqət çəkir. M. Skvoll bu qəzaları araşdıran ABŞ-ın nəqliyyatda təhlükəsizlik idarəsi ilə əməkdaşlıq edirdi. O, “Waymo”da avtomobillərin təhlükəsizliyi departamentində çalışacaq.

 

Qeyd edək ki, “Tesla” ilə “Waymo” pilotsuz hərəkət texnologiyaları sahəsində bir-birinin rəqibidir.

 

M. Skvollun uzaqlaşması “Tesla”nın aparıcı mühəndisi Daq Dildin məcburi məzuniyyəti ilə eyni vaxta təsadüf edib. Şirkət onsuz da çətin günlər yaşayır. Ötən həftə “Tesla” 710 milyon dollar həcmində rüblük zərərə məruz qaldığını açıqlayıb. Şirkət III və IV rüblərdə gəlir əldə edəcəyini proqnozlaşdırır.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018