Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Niderland “Kasperski”dən imtina etdi

Niderland hökuməti Rusiyanın “Kasperski Laboratoriyası”nın məhsullarından imtina etməyi qərara alıb.  

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə təhlükəsizlik və ədalət mühakiməsi naziri Ferdinand Qrapperhaus tərəfindən parlamentə göndərilən məktubda bildirilir.

 

F. Qrapperhaus qeyd edib ki, Rusiya hökuməti kiberhücum proqramına malikdir və bu hücumların hədəfləri arasında Niderlandın maraqları da var. O, hələlik bu barədə konkret halların qeydə alınmadığını söyləsə də, bunun istisna edilmədiyini vurğulayıb.  


Aprel ayında Avropa Parlamentinin Polşadan olan üzvü Anna Fotıqa Avropa İttifaqında “Kasperski Laboratoriyası”nın məhsullarından istifadənin qadağan olunmasını təklif edib.

 

Xatırladaq ki, atıq ABŞ dövlət qurumlarında Rusiya antivirus proqramlarından istifadə olunmasına qadağa qoyulub.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018