Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Google"da istefalar: Pentaqonla əməkdaşlıq etiraz doğurdu

“Google” şirkətinin bir neçə əməkdaşı qurumun Pentaqonun “Maven” layihəsində iştirakına etiraz olaraq şirkəti tərk edib.
 
İKT.lent.az-ın məlumatına görə, bu layihə çərçivəsində hərbi maraqlarla süni zəka inkişaf etdirilir. Nəzərdə tutulur ki, ilk növbədə süni zəka hərbi pilotsuz aparatlarda tətbiq olunacaq.

 

Bir neçə həftə əvvəl “Google”un 3 mindən artıq əməkdaşı açıq məktubla şirkətin rəhbərliyinə müraciət edərək layihənin dayandırılmasını tələb edib. Məktub şirkətin CEO-su Sundar Piçaiyə ünvanlanıb. Ancaq buna baxmayaraq, iş hələ dayandırılmayıb.
 
Nəticədə bir neçə mütəxəssis etik səbəblərdən istefaya gedib. Onlar əmindirlər ki, potensial hərbi layihə istifadəçilərin “Google”a münasibətini pisləşdirə bilər.
 
Eyni zamanda, rəhbərliyə göndərilən məktubu imzalayanlar ümid edirlər ki, şirkət əvvəl-axır hərbçilərlə əməkdaşlıqdan imtina edəcək.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018