Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ-da casus əməliyyatı: "Wikileaks"in informatoru yaxalandı

ABŞ-da bir neçə aylıq axtarışlar nəticəsində “Wikileaks” saytına məxfi informasiyalar ötürən şübhəli şəxsin yaxalandığı məlum olub.

 

İKT.lent.az-ın “The Washington Post”a istinadən verdiyi xəbərə görə, təhqiqat nəticəsində müəyyənləşdirilib ki, Coşua Şulte adlı bu şəxs əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) işləyib və kiberməkanda casusluğa imkan verən kompüter proqramları hazırlanmasına kömək edib. Müstəntiqlərin versiyasına əsasən o, daha sonra məxfi məlumatları “Wikileaks”ə ötürüb, onlar isə “Vault 7” rubrikası altında bu yazıları yayıblar.

 

C. Şulte 2017-ci ilin sonlarında yaxalanıb və Manhettendəki təcridxanada saxlanılır. Hələ ki ona qarşı məxfi informasiyaların yayılması ilə bağlı rəsmi ittiham irəli sürülməyib, çünki prokurorluq kifayət qədər dəlil toplaya bilməyib. Onun saxlanılması üçün uşaq pornoqrafiyası yaymaq şübhəsi əsas olub. Sabiq prokurorluq əməkdaşları bildiriblər ki, şübhəli şəxsi bu iş üzrə bir neçə ay içəridə saxlamaq qeyri-adi faktdır. Üstəlik, Şulte bildirib ki, pornoqrafik materialların saxlanıldığı serverdən 50-100 arası adam istifadə edib.

”The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, Şultenin ötürdüyü informasiyalar ABŞ üçün Edvard Snoudenin ifşaedici açıqlamalarından daha təhlükəlidir. Belə ki, Snouden ABŞ-ın bütün dünyada kompüter proqramları və telefonlar vasitəsilə izləmə ilə məşğul olduğunu söylədiyi halda, Şulte bunun texniki baxımdan necə həyata keçirildiyini göstərib.

 

Coşua Şulte öz vətənpərvərlik borcunu yerinə yetirmək və 11 sentyabr hadisələrinin təkrarına yol verməmək məqsədilə xüsusi xidmət orqanlarında işə başlayıb. Əvvəlcə o, Milli Təhlükəsizlik Agentliyində çalışıb, sonra isə Mərkəzi Kəşfiyyat İdarəsinə keçib. 2006-cı ildə Şulte istefaya çıxıb və bunu rəhbərliyin qeyri-komponentliyi və bürokratiya ilə izah edib.  

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018