Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda 89 milyon manatlıq elektron avadanlıqları istehsal edilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 89,1 milyon manatlıq məhsul istehsal olunub.

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 6,1 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 98,5 faiz artıb. 

Dövr ərzində əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 5,0 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,9 dəfə artıb, məişət soyuducularının istehsalı 38,5 faiz azalıb. 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018