Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“OnePlus 6” smartfonu təqdim edildi -

Çinin “OnePlus şirkəti Londonda özünün yeni flaqmanı – “OnePlus 6” smartfonunu təqdim edib.

 

İKT.lent.az-ın xəbərinə görə, smartfon “iPhone X” stilində hazırlanıb.

 

Cihaz 6,28 ölçülü AMOLED displey, “Snapdragon 845” prosessoru, arxa panelin mərkəzində yerləşən vertikal ikili kamera ilə təchiz edilib. Ekran “Gorilla Glass 5” şüşəsi ilə qorunur və su keçirmir. Qulaqcıqlar üçün ənənəvi 3,5 mm-lik “yuva” mövcuddur. Barmaq izi skaneri və ön kameradan istifadə etməklə çalışan sifət skaneri funksiyası var.

 

Smartfon adi qara, qara mat və ağ rəngdə hazırlanıb.

 

Komplektasiyadan asılı olaraq smartfonun qiymətləri 529 dollar, 579 dollar və 629 dollar olacaq.  

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018