Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən güclü “Android” smartfonları - REYTİNQ

“AnTuTu” bençmarkı 2018-ci ilin aprelinin daha güclü telefonlarının adlarını açıqlayıb. 

 
İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, qələbəni Çinin “Xiaomi” şirkətinin “Black Shark” oyun telefonu qazanıb.

 
Cihaz 272 min baldan çox xal toplayıb. İkinci yerdə isə 236 min xal qiymətləndirmə ilə “Samsung Galaxy S9+” smartfonu yerləşir. Liderlərin üçlüyünü 263 min xal toplayan “Galaxy S9” smartfonu qapayır. 

 
“Xiaomi Black Shark” 5,99 düym ekrana, ABŞ-ın “Qualcomm” şirkətinin istehsalı olan “Snapdragon 825” prosessoruna malikdir. Telefonun 6 GB əməliyyat yaddaşına və 64/128 GB əlavə yaddaşa sahibdir. 

 
Bundan əvvəl isə bildirilib ki, iki kameralı yeni “BlackBerry KEY2” smartfonunu iyunun 7-də təqdim edəcəklər.  

 
Həmçinin məlum olub ki, Rusiyada çox aşağı qiymətlərlə “Xiaomi Redmi 5 Plus” smartfonunun satışlarına başlanılıb.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018