Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən böyük 3D-printeri təqdim edildi 

Avstraliyanın “Titomic” şirkəti dünyanın ən böyük 3D-printerini təqdim edib.

İKT.lent.az-ın “Vedomosti” nəşrinə istinadən məlumatına görə, bu printer metal məhsullar istehsal edə biləcək. 

Ölçülərinə görə printer avtobusa bərabərdir və onun köməyi ilə, misal üçün, təyyarənin doqquz metrlik qanadlarını istehsal etmək mümkün olacaq. Bundan başqa, bu printer olduqca cəld işləyir. Məsələn, o, velosiped ramasını cəmi 25 dəqiqəyə istehsal etməyə imkan verir. 
 
İtaliyanın “Fincantier” gəmiqayırma şirkəti “Titomic” şirkəti ilə əməkdaşlıq etməyi planlaşdırır. 3D-printerin köməyi ilə şirkət dəniz gəmiləri üçün detallar istehsal etmək istəyir. 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018