Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ukraynada “Apple Pay” işə düşdü

Ukrayna ərazisində “Apple Pay” mobil ödəniş sistemi işə düşüb.

 

İKT.lent.az-ın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, rəsmi şəkildə “Apple Pay” ölkədə mayın 17-də fəaliyyətə başlayacaq. Lakin artıq bir çox “iPhone” sahibi xidmətin əlçatan olduğunu görüb. Öz müştərilərini sistemə ilk qoşan bank “Privatbank” olub.

 

“Apple Pay” sistemi bank kartları sahiblərinin “iPhone” vasitəsilə alış-veriş etməsinə imkan verir. Bunun üçün smartfonu terminala yaxınlaşdırmaq kifayətdir.

 

Qeyd edək ki, “Apple” Messages əlavəsi vasitəsilə istifadəçidən istifadəçiyə pul köçürmələrinə imkan verən “Pay Cash” funksiyasını da işə salıb.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018