Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram”da repost mümkün oldu - YENİ FUNKSİYA

“Instagram” sosial şəbəkəsi repost funksiyasını işə salıb. 

İKT.lent.az-ın “TechCrunch” nəşrinə istinadən məlumatına görə, artıq istifadəçilərin “Stories” bölməsində xəbər lentindən olan dərcləri bölüşmək imkanı yaranıb. Repostlara şəxsi şərhləri, stiker və geolokasiyaları da əlavə etmək mümkündür. 

Yalnız açıq olan mətnləri bölüşmək mümkün olacaq. Bunun üçün də repost zamanı yazı müəllifinin adı görünəcək və müəllifin akkauntuna da daxil olmaq mümkün olacaq. 

“Instagram” tətbiqin seçimlərində repost etmək imkanlarını söndürməyə də icazə verəcək. Yeni funksiya hələlik ancaq “Android” smartfonlarının istifadəçiləri üçün əlçatandır. 

Sosial şəbəkənin məlumatına görə, hazırda “Instagram”ın aktiv auditoriyasının sayı 800 milyon istifadəçidir. Onlardan 500 milyon nəfəri bu sosial şəbəkədən gündəlik olaraq istifadə edir. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018