Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” “iPhone”nun yavaşlığını lağa qoydu -

“Samsung” şirkəti özünün yeni flaqman smartfonu “Galaxy S9”un reklamı üçün video hazırlayıb.

 

İKT.lent.az-n xəbərinə görə, “Move on” (Hərəkətə davam et) adlanan videoda “Samsung” smartfonunun üstünlükləri təbliğ olunur.

 

Süjetin qəhrəmanı yavaş çalışan “iPhone 6” smartfonundan istifadə etdiyi üçün müxtəlif çətinliklərlə qarşılaşır. Süjetdəki digər iştirakçılar isə “Samsung Galaxy”dən istifadə etdikləri üçün bütün vəzifələrin öhdəsindən asanlıqla gəlir.  

 

Sonda “iPhone” işlədən yorulmuş və bezmiş qız “Galaxy S9 Plus” smartfonuna keçir.

 

Qeyd edək ki, "Samsung" və "Apple" dünya smartfon bazarında ciddi rəqabət aparır.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018