Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell” karyera sərgisinə qatılıb

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Məzun və Karyera Mərkəzi” tərəfindən təşkil edilmiş karyera sərgisində fəal iştirak edib.

 

İKT.lent.az-ın xəbərinə görə, ADNSU-nun məzun və yuxarı kurs tələbələrinin işgüzar mühitə inteqrasiyasına dəstək məqsədilə keçirilmiş karyera sərgisində “Bakcell” şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə geniş məlumat verilərək şirkətin nümayəndələri tərəfindən tələbə və məzunlarla müsahibələr keçirilib. İki min nəfərdən çox tələbə və məzunun ziyarət etdiyi karyera sərgisində quraşdırılmış “Bakcell” stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən “Bakcell” şirkəti Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət ADA Universiteti, Qərbi Kaspi Universiteti və ADNSU-nun keçirdiyi karyera sərgilərində iştirakla yanaşı, özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib.

 

“Bakcell” şirkəti gənclərin təhsil almasına və karyera  qurmasına dəstək göstərmək və beləliklə, Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam etdirəcək.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018