Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ məhkəməsi qərar verdi: Prezident vətəndaşı bloklaya bilməz!

ABŞ-ın Manhetten federal məhkəməsi prezident Donald Tramp tərəfindən “Twitter”də ayrı-ayrı istifadəçilərin bloklanmasını Konstitusiyaya zidd sayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, hakim Naomi Buhvald (Naomi Reice Buchwald) belə qərara gəlib ki, prezidentin “Twitter” səhifəsi ictimai meydançadır və istifadəçilərin hüquqlarının məhdudlaşdırılması ABŞ Konstitusiyasındakı 1-ci Düzəlişə ziddir.

 

Hakimin qərarında indiyə qədər Tramp tərəfindən edilmiş bloklanmaların ləğvi barədə əmr yoxdur, N. Buhvald hesab edir ki, onun qərarı cavabdehlər Donald Tramp və onun sosial şəbəkələr üzrə direktoru Den Skavinonun davranışını dəyişdirmək üçün yetərlidir. “Bu iş tələb edir ki, biz müəyyənləşdirək: ictimai vəzifəli şəxs birinci Düzəlişə uyğun şəkildə vətəndaşı siyasi baxışları üzündən öz “Twitter” səhifəsində bloklaya bilərmi? Bu ictimai vəzifəli şəxsin Birləşmiş Ştatların prezidenti olması faktı durumun analizinə təsir göstərirmi? Hər iki suala cavab eynidir – yox”.   

 

D. Trampa qarşı iddia Kolumbiya Universitetinin Hüquq Müdafiə İnstitutunun dəstəyi ilə 7 nəfər tərəfindən qaldırılıb. ABŞ Ədliyyə Nazirliyi (Baş Prokurorluq) məhkəmənin qərarı ilə razılaşmayıb və qərardan şikayət verib-verməmək barədə düşünəcəyini açıqlayıb. Nazirlik hesab edir ki, bloklanmaq vətəndaşların prezidentin “Twitter”ini oxumasına mane olmur.

 

Qeyd edək ki, hazırda Trampın “Twitter” səhifəsinin 52 milyondan çox istifadəçisi var.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018