Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən bahalı brendləri - LİDER BƏLLİ

Məşhur “Forbes” dərgisi dünyanın ən bahalı brendlərinin növbəti reytinqini hazırlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, “Apple” brendi ardıcıl 8-ci dəfə birinci olub. Brend 182,8 milyard dollar dəyərində qiymətləndirilib. İl ərzində bu göstərici 8% artıb.

 

İkinci yerdə bir il əvvəl olduğu kimi, “Google” qərarlaşıb. Bu brend il ərzində 30% artımla 132,1 milyard dollar həcmində qiymətləndirilib.

 

Sonrakı yerləri aşağıdakı brendlər tutub:

 

3. “Microsoft” - 104,9 milyard $

 

4. “Facebook” – 94,8 milyard $

 

5. “Amazon” - 70,9 milyard $

 

6. “Coca Cola” – 57,3 $

 

7. “Samsung” – 47,6 milyard $

 

8. “Disney” – 47,5 milyard $

 

9. “Toyota” – 44,7 milyard $

 

10. AT&T – 41,9 milyard $
 

“Forbes” “Canaccord Genuity” şirkətinin məlumatına istinadən yazır ki, 2017-ci ilin son rübündə “Samsung Electronics” rəqibi “Aplle”dan daha çox smartfon satıb. Lakin smartfon bazarındakı gəlirlərin 87%-ni “iPhone X” sayəsində məhz “Apple” əldə edib.

 

TOP-100 dünya brendlərinin ümumi dəyəri 2,15 trilyon dollara yaxındır. Reytinqin son sırasını 7,4 milyard dollarla KFC tutur. TOP-100-də olan ABŞ şirkətlərinin sayı son bir ildə 56-dan 54-ə enib.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018