Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusların ən həzz aldığı məşğuliyyət nədir? - SORĞU

Rusiya vətəndaşlarına ən çox həzz və sevinc bəxş edən məşğuliyyət televizor izləməkdir.

 

İKT.lent.az-ın “Kommersant”a istinadən yaydığı xəbərə görə, “Levada” mərkəzinin apardığı rəy sorğusunda iştirak edənlərin 34%-i məhz bu cavabı verib.

 

İkinci populyar məşğuliyyət kimi respondentlər yaxşı pul qazanmağı göstəriblər – 26%.

 

Üçüncü həzz alınan məşğuliyyət isə uşaqlarla vaxt keçirmək də dadlı yeməklər yeməkdir – 24%.

 

Rəyi soruşulanların 22%-i sevdiyi insanla vaxt keçirmək və səyahət etməyi, 20%-i kitab oxumağı, 16%-i alış-verişi, 12%-i sekslə məşğul olmağı ən xoş məşğuliyyət kimi qeyd edib. Cəmi 1% insan siyasətlə məşğul olmağı bu sırada göstərib. Respondentlərin 4%-i isə heç nə etməməyi sevir.  

 

Rəy sorğusu 20-24 aprel tarixlərində 1,6 min nəfər arasında aparılıb.

LENT

18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018