Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyalı məmur: “Son terror aktları “Telegram”dan koordinasiya olunub”

“Son terror aktları, o cümlədən Rusiyada baş verənlər “Telegram” vasitəsilə koordinasiya olunub”.

 

İKT.lent.az-ın xəbərinə görə, bunu “Roskomnadzor”un rəhbəri Aleksandr Jarov deyib. Bu barədə təkzibedilməz sübutlar olduğunu söyləyən A. Jarov fikrini konkretləşdirməyib: “Bu, Federal Təhlükəsizlik Xidmətinin operativ-axtarış fəaliyyətinin nəticələri əsasında təsdiqlənib.”

 

A. Jarov FTX-nin “Telegram”a tələblərinin əsaslı olduğunu vurğulayıb.
 

Xatırladaq ki, “Roskomnadzor” məhkəmədə iddia qaldıraraq “Telegram”ın Rusiya ərazisində bloklanmasına nail olub. Səbəb messencer rəhbərliyinin FTX-nın istifadəçi məlumatlarına çıxış əldə etmək üçün şifrələri tələb etməsinə rədd cavabı verməsi olub.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018