Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google Translate”də təhqir

“Reddit” internet resursunun istifadəçiləri “Google Translate”də "I am a flat earther" ("mən dünyanın düz olması nəzəriyyəsinin tərəfdarıyam”) cümləsinin təhqiramiz şəkildə tərcümə olunduğunu aşkarlayıblar.

 

İKT.lent.az-ın xəbərinə görə, bu cümlənin ingilis dilindən fransız dilinə tərcüməsi “Je suis un fou” (“mən dəliyəm”) nəticəsini verir. Digər dillərdə isə normal tərcümə alınır.

 

Şərhçilər bildirirlər ki, bu cür yanlışlıq tərcümənin yaxşılaşdırılması funksiyasından qaynaqlana bilər. Belə ki, istənilən istifadəçi bu və ya digər sözlərin daha yaxşı tərcüməsinə dair öz variantını təklif edə bilər.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018