Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zukerberq Rusiya Federasiya Şurasında çıxış etməyə dəvət olundu

Rusiya Federasiya Şurası “Facebook”un qurucusu və rəhbəri Mark Zukerberqi öz plenar iclaslarından birinə dəvət edib.

 

İKT.lent.az-n TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

 

“Mən hesab edirəm ki, Zukerberqin Federasiya Şurasına dəvət olunması barədə təklif diqqətəlayiqdir. Bu mövzu hazırda fövqəladə dərəcədə önəmlidir. O, gələ bilər, ya yox, bu, ikinci məsələdir, lakin mən iclaslarımızın birinə onun dəvət olunması təklifini dəstəkləyirəm. Artıq təlimat verdim və dəvətnamə göndərdik. Onun gəlişini təşkil etməyə çalışırıq”, - deyə V. Matviyendko söyləyib.

 

Xatırladaq ki, M. Zukerberq istifadəçi məlumatlarının sızması ilə bağlı qalmaqalla əlaqədar ABŞ Konqresində və Avropa Parlamentində ifadə verib.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018