Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Telegram": "AppStore" bizi bloklayıb

"Apple" şirkəti artıq yarım aydır "Telegram" messencerini bloklayıb.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, bu barədə messencerin tərtibatçıları bildiriblər.

 

Onların sözlərinə görə, hazırda "AppStore"da "Telegram" əlavəsini yükləmək olur, lakin onun yenilənməsi baş vermir. "Android" üçün yenilənmələrdə isə hələlik hansısa problem baş vermir.

 

Qeyd edək ki, Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti ("Roskomnadzor") "Apple" şirkətinə məktub göndərib. İKT.lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, məktubda "Apple"ə təklif olunur ki, "AppStore" onlayn mağazalar şəbəkəsindən "Telegram" messsencerini silsin. Eyni zamanda şirkətdən Rusiya ərazisində olan "Telegram" istifadəçilərinə push-bildirişlər göndərməmək tələb olunub.

 

"Roskomnadzor" "Apple"i görülən tədbirlər barədə ən qısa vaxtda məlumat verməyə çağırıb. Əks halda, "AppStore"un fəaliyyətini poza biləcək addımlarla üzləşəcəyini nəzərə çatdırıb.

 

Xatırladaq ki, “Telegram” məhkəmə qərarı ilə Rusiya ərazisində bloklanıb. Səbəb messencerin Rusiya kəşfiyyatı ilə əməkdaşlıqdan imtina etməsidir.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018