Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Türk mobil oyun şirkəti rekord qiymətə satıldı

Türkiyənin mobil oyun şirkəti “Gram Games” ABŞ-ın məşhur online oyun tərtibatçısı “Zynga” tərəfindən rekord qiymətə satın alınıb.

 

İKT.lent.az-ın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, sövdələşmənin miqdarı nəğd 250 milyon dollar təşkil edib. Bundan başqa, əlavə ödəmələr də olacaq.

 

2012-ci ildə qurulan “Gram Games”in İstanbul və Londondakı studiyalarında 77 əməkdaş çalışır. Şirkət qeyri-standart idarəçilik və iş metoduna malikdir. Belə ki, şirkətdə stabil iş saatı yoxdur və hər kəs istədiyi vaxt gedib-gələ, istədiyi vaxt məzuniyyətə çıxa bilər. Şirkətdə rəhbər-tabeçilik əlaqəsi də yoxdur və hər kəs bərabər hüquqludur.

 

“Gram Games”in 2017-ci ildə tərtib etdiyi “Merge Dragons!” oyunu dünya miqyasında ən çox qazanan ilk 50 oyun arasında daxil olub.

 

“Zynga” isə “1010!” və “Six!” kimi məşhur oyunların tərtibatçısıdır və dünya miqyasında 170 milyondan çox oyunçuya sahibdir. “Zynga” CEO-su Frank Gibeau bildirib ki, “Gram Games”in özünəməxsus stili və yaradıcılığından təsirləniblər: “Sürətli hərəkət edərək zövqlü, asan oynanan və asılılıq yaradan oyunlar hazırlayırlar”.  

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018