Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Android" sahibləri "iPhone" istifadəçilərindən 10 dəfə az pul xərcləyir

“AppStore”  əlavələr mağazası “Apple” şirkətinə “Google”Un “Google Play” onlayn mağazasından 4 dəfə çox gəlir gətirir.

 

İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, bu barədə “Morgan Stanley Research” şirkətinin hesabatında deyilir.

 

2018-ci ilin birinci rübünün ən son məlumatlarına əsasən, “AppStore”dakı hər bir yükləmə “Apple”ə təxminən 0,44 dollar gəlir gətirir. Onun amerikalı rəqib şirkəti olan “Google Play” isə hər yükləmədən cəmi 10 sent qazanır. Bununla belə, hər bir cihaz üçün ayrı-ayrılıqda hesablananda daha böyük fərq müşahidə edilir. Belə ki, burada rəqəm 5,08 dolların 0,47 dollar nisbətindədir. 


Son dörd ilin nəticələrini nəzərdən keçirsək, “Apple” əlavələrdən 119 faiz çox qazanc əldə edib. “Google” isə gəlirlərini analoji dövrdə cəmi 14 faiz artıra bilib. 2017-ci ilin məlumatlarına əsasən, Kupertinyo şirkəti “iPhone” və “iPad” tərtibatçılarına 26,5 milyard dollar vəsait ödəyib. Bu isə “McDonald” restoranlar şəbəkəsinin bütün dünya üzrə qazancından çoxdur. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018