Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Xəbərlər proqramını robotlar aparacaq - ÇİNDƏN DAHA BİR SENSASİYA -

Çində xəbərlər proqramını robotlar aparacaq.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Çinin cənubunda yerli televiziya kanalında süni zəkaya malik robot aparıcı olacaq.

 

"Nanning" telekanalında iyunun 6-dan başlayaraq 29 kiloqram ağırlığında 1 metr 21 santimetr hündürlükdə olan "Çao Nıng Şiaoboy" - yəni "Super Balaca Bəyaz" adlı robotlar ekranlara çıxacaq. Robotların əsas üstünlüyü onların 12 saat ərzində fasiləsiz işləyə bilməsidir.

 

Qeyd edək ki, Çin hökuməti sözü gedən robotlardan gələcəkdə bütün telekanallarda istifadə olunmasında olduqca maraqlıdır.

 

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018