Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Elektromobillər ənənəvi avtomobilləri nə vaxt sıxışdıracaq? - PROQNOZ

2030-cu ilə qədər dünyada elektromobillərin sayı 125 milyon ədədə çatacaq.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin proqnozunda bildirilir.

 

Qeyd olunur ki, elektromobillərə keçid daha çox müxtəlif ölkələrdə dövlət siyasətindən asılı olacaq. 2017-ci ildə dünyada elektromobillərin sayı 54% artaraq 3,1 milyon ədədə çatıb.

 

Bununla yanaşı, proqnozda deyilir ki, yaxın 20 ildə avtonəqliyyat sahəsində elektrik mühərrikləri ənənəvi daxili yanma mühərriklərini sıxışdıra bilməyəcək.

 

2035-2040-cı illər arasında dünya avtoparkı 2 milyard ədədə yüksələcək.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018