Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” yeni ağıllı bilərzik və smartfon təqdim etdi

Çinin “Xiaomi” şirkəti özünün “Mi Band 3” smart bilərziyinin rəsmi təqdimatını keçirib.

 

İKT.lent.az-ın “Engadget” saytına istinadən verdiyi xəbərə görə, yeni cihaz populyar model “Mi Band 2”ni əvəz edəcək. Cihazın ekranı əvvəlki versiya ilə müqayisədə böyükdür, təsvir daha dəqiqdir. Şirkətdən bildiriblər ki, yeni model suya dözümlüdür və istifadəçilər üçün komfortludur.

 

“Mi Band 3” əvvəlcə Çində satışa çıxarılacaq. Cihaz qara, qırmızı və göy rənglərdə hazırlanıb. Təxmini qiymət 169 yuandır.


Bilərzikdən əlavə, “Xiaomi” yeni smartfonu “Mi 8”i də təqdim edib. Smartfon zahirən “iPhone X”a bənzəyir və “Android” bazasında çalışır. Cihaz “Qualcomm Snapdragon 845” çipi ilə təchiz olunub. Yaddaş həcmi 6 Gb-dir. Çəkisi 175 qramdır. “Mi 8” əvvəlcə Çində satışa çıxarılacaq, sonra Avropa bazarına göndəriləcək.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018