Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sosial şəbəkələrə daxil olanlar vergi ödəyəcək - UQANDADA

Uqanda parlamenti sosial şəbəkələrdən istifadə olunmasına görə vergi tutulmasını nəzərdə tutan qanun qəbul edib.

 

İKT.lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, qanuna əsasən “Facebook”, “WhatsApp”, “Viber” və “Twitter”dən istifadə edən vətəndaşlar gündə 200 Uqanda şillinqi (0,05 dollar) ödəməlidir.

 

Ölkə prezidenti Kaquta Museveni bu yolla internetdə yalan məlumatların yayılmasının qarşısını almağı düşünür. Qanun başqa vergiləri də nəzərdə tutulur, məsələn, hər mobil ödənişdən 1% vergi tutulacaq.

 

Maliyyə naziri Matia Kasaya deyib ki, qanun interneti məhdudlaşdırmağa yönəlməyib: “Biz ölkənin təhlükəsizliyini və insanların sosial şəbəkələrdən daha çox istifadə etməsini təmin etmək üçün şəbəkəni genişləndirməyə pul axtarırıq”.

 

Qeyd edək ki, Uqandada 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı sosial şəbəkələrə giriş məhdudlaşdırılıb.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018