Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Uber-muber çıxmışdı, o iş bitdi" - ƏRDOĞAN

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə “Uber” online taksi xidmətinin fəaliyyətinin dayandırıldığını elan edib.

 

İKT.lent.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan bunu İstanbulda Özəl Xalq Avtobusları Birliyinin təşkil etdiyi iftarda bildirib. O, orucunu avtobus sürücüləri ilə birlikdə açıb.  

 

R. T. Ərdoğan çıxışında “Uber”lə bağlı yaranmış problemə də toxunub və ənənəvi taksi xidmətində çalışanları xidmət səviyyəsini yüksəltməyə çağırıb: “Taksiçi dostlarımız öz işlərini yenidən dəyərləndirməlidir. Həm texniki keyfiyyət, həm də müştəriyə xidmət standartlarını yüksəltməyən bir sistem uzun müddət mövcud ola bilməz. Tez-gec bir alternativ gələr, bu sistemi dəyişdirər. Taksiçilərimizi işlərində zəruri dəyişikliklər edərək onlara verilən bu imkanı ən yaxşı şəkildə dəyərləndirməyə dəvət edirəm. “Uber”-muber deyə bir şey çıxıb, o iş bitdi. Artıq elə bir şey yoxdur. Bizim taksiçilik sistemimiz var, bu haradan çıxdı? Avropada var imiş. Mənə nə? Burada qərarı biz veririk. Taksiçilərimizin haqqını yedirmərik”.

 

Qeyd edək ki, Türkiyədə ənənəvi taksi xidməti göstərənlərlə “Uber” sürücüləri arasında gərginlik var idi.     

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018