Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sosial şəbəkə vasitəsilə boşanmaq mümkün olacaq - ÇİNDƏ

Çinin cənubundakı Quandun vilayətində məmurlar çinlilər arasında olduqca populyar olan veb-xidmət – “WeChat” vasitəsilə boşanmanın rəsmiləşdirilməsi imkanlarını sınaqdan keçirməyə başlayıblar.

 

İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, rəsmilər belə bir yeniliyi inqilabi və super müasir yenilik hesab edirlər. Hələlik ancaq bir vilayət belə bir imkan əldə edib.
 
Ərizəni tərtib etmək üçün mobil əlavə vasitəsilə şəxsi məlumatlar bölməsində xüsusi qrafanı doldurmaq lazım gələcək. Məhz bundan sonra ərizəçi boşanmaq istədiyi şəxs barəsində məlumatları qeyd etməlidir.  
 
Belə bir təsəvvür yarana bilər ki, Çində nikaha o qədər də ciddi yanaşmırlar. Ancaq belə deyil. Nikahın pozulması haqqında son təsdiqi almaq üçün ailə məsələləri üzrə mütəxəssislə müsahibədən keçmək lazım gələcək, onunla da görüşü " WeChat" vasitəsilə razılaşdırmaq mümkündür.  
 
Artıq gələn ildən bütün çinli cütlüklər elektron qaydada boşanmaq imkanı əldə edə biləcəklər. Bunun Rusiya, Avropa və ABŞ-da da tətbiqi planlaşdırılır.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018