Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Şok:“Facebook” istifadəçi məlumatlarını smartfon istehsalçılarına ötürür

“Facebook” son 10 ildə azı 60 telefon, smartfon və digər elektrik cihazları istehsalçıları ilə müqavilə bağlayaraq sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarını bu şirkətlərə açıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The New York Times” məlumat yayıb. Bu razılaşmaların əksəriyyəti hələ də qüvvədədir.

 

Qəzetin məlumatına əsasən bu proses “Facebook”un sosial şəbəkələr arasında dominant rol əldə etməyə çalışdığı dövrdə baş verib. Əldə olunan razılaşmalar istifadəçi məlumatlarının qorunması haqda daxili qaydalara və ABŞ-ın Ticarət üzrə Federal Komissiyasının tələbələrinə “Facebook” tərəfindən əməl olunmasına şübhə yaradır. Belə ki, smartfon istehsalçıları nəinki sosial şəbəkə istifadəçilərinin, onların dostlarının da məlumatlarını icazəsiz götürüb.

 

Qeyd edək ki, “Facebook”un 87 milyon istifadəçisinin məlumatlarının Britaniyanın “Cambridge Analytica” konsaltinq firmasına verilməsi ilə bağlı qalmaqal yenicə səngiyib. Mark Zukerberq bu qalmaqalla əlaqədar ABŞ Konqresi və Avropa Parlamentində çıxış edib.  

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018