Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter” Meral Akşeneri hədələyən klub prezidentini blokladı

Türkiyədə İyi Parti lideri, prezidentliyə namizəd Meral Akşeneri ölümlə hədələyən “Qaziantepspor” futbol klubunun prezidentinin “Twitter” səhifəsi bağlanıb.

 

İKT.lent.az-ın xəbərinə görə, “Twitter” administrasiyası “Qaziantepspor” prezidenti Hasan Şahinə aid akkauntu bloklayıb. Səbəb bu şəxsin mikrobloqun qaydalarına zidd paylaşım etməsidir.

 

Qeyd edək ki, M. Akşener seçki kampaniyası çərçivəsində Qaziantep şəhərində çıxış edərkən yerli “Qaziantepspor” futbol komandasının şərfini boynundan asıb. (Türkiyədə siyasətçilər adətən regionlarda çıxış edərkən yerli komandaların şərfini boyunlarından asırlar.) Hakimiyyət tərəfdarı olan “Qaziantepspor” prezidenti isə Akşeneri terrorçu, FETÖ-çü adlandıraraq “səni o şərfə qurban edərəm”, - deyə yazıb.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018