Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter”ə xoş xəbər: Şirkət “S&P 500” indeksinə daxil olur

“Twitter” sosial şəbəkəsi iyunun 7-də ticarət sessiyasının başlamasından əvvəl “Standard & Poor’s 500” ABŞ fond indeksinə daxil ediləcək.

 

İKT.lent.az-ın xəbərinə görə, Almaniyanın “Bayer” konserni tərəfindən 63 milyard dollara satın alınan ABŞ-ın kənd təsərrüfatı məhsulları istehsalçısı “Monsanto” indeksdən çıxarılacaq. Birləşmiş şirkət “Bayer” adlanacaq və “Monsanto” adı tarixə qovuşacaq. “Monsanto” genetikası dəyişdirilmiş məhsullar hazırladığı üçün aktivistlərin etirazları ilə üzləşmişdi.

 

“Twitter”in indeksə daxil edilməsi qeyri-adi haldır, çünki ənənəvi olaraq “S&P Dow Jones Indices” dörd rüb gəlir əldə etdiyini açıqlayan şirkətləri indeksə daxil edir. “Twitter” isə apreldə ardıcıl ikinci rüblük gəlir barədə hesabat açıqlayıb.

 

“S&P 500” indeksinə daxil olduqdan sonra “Twitter”in səhmlərinə tələbat artacaq. Təsadüfi deyil ki, bu barədə xəbər yayılan kimi, səhmlər bahalaşıb. Şirkətin bazar dəyəri 28,51 milyard dollar təşkil edir.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018