Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ruslar “Skype”a rəqib yaratdı

Rusiya Texnologiyaları Korporasiyası (“Rostex”) “Sənayeləşmiş Rusiyanın rəqəmsal sənayesi” konfransında “Skype” proqramının yerli analoqunu təqdim edib.

İKT.lent.az-ın News.ru saytına istinadən məlumatına görə, yeni tərtibat AVES-S adını alıb. 

Dövlət korporasiyası qeyd edir ki, bütün proqram tərtibatı Rusiyada aparılıb. Viruslardan müdafiəni “Kronos” sistemi təmin edir. AVES-S hökumət strukturları üçün nəzərdə tutulub.  

Konfrans zamanı sistemin imkanları nümayiş olunub, “Rostex” konfransın keçirildiyi İnnopolis və Sankt-Peterburq şəhəri arasında canlı yayım seansı həyata keçirib.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018